Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:53

Azərbaycan Gürcüstana 6500 ton buğda satacaq


Gürcüstan hökuməti Azərbaycan, Qazaxıstan və Rumıniyadan buğda alınması ilə bağlı razılığa gəlib. Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin yerli mediaya verdiyi məlumata görə, Azərbaycan bu ölkəyə 6500 ton buğda satacaq. Bundan başqa, Rumıniyadan 12 min ton, Qazaxıstandan isə ilk mərhələdə 7 min ton buğda idxal ediləcək. Rusiyayla Gürcüstanın əlaqələri gərginləşəndən sonra, bu ölkədə buğda ilə bağlı problemlərin yaranması təhlükəsi ortaya çıxmışdı. Çünki Gürcüstanın buğdaya olan ehtiyacının 80 faizini Rusiya şirkətləri ödəyirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG