Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

Danimarkada 30 min nəfər nümayişə çıxdı


Kopenhagendə iki nəfəri öldürməkdə şübhəli bilinən şəxs

Kopenhagendə iki nəfəri öldürməkdə şübhəli bilinən şəxs

-

Kopenhagendə atışmalarda həlak olanları yad etmək üçün 30 min nəfər yürüşə çıxıb. Danimarkanın baş naziri Helle Thorning-Schmidt çıxışında deyib ki, ölkənin güclü "icma hissi" "bizə ziyan vurmaq istəyənlərin" yaratdığı təhlükəni üstələyəcək.

Ötən həftəsonu bir silahlı sinaqoq qarşısında 37 yaşlı yəhudini və 55 yaşlı rejissoru qətlə yetirib. Onlar mədəniyyət mərkəzində İslam və media azadlığı debatında iştirak edirdilər. Silahlını polis güllələyib.

Ona kömək göstərməkdə şübhəli sayılan iki nəfər 10 günlüyü həbs olunub. Həmin şəxslər silahlıya sığınacaq verməkdə şübhəli bilinir.

ABŞ prezidenti Barack Obama fevralın 16-da Thorning-Schmidt-ə zəng edib, başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG