Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Yunanıstan və Avropa Birliyi yenə razılığa gələ bilmədi


Yanis Varoufakis
Yanis Varoufakis

Yunanıstan və Avropa Birliyi arasında danışıqlar son 5 gündə 2-ci dəfə iflasa uğrayıb.

Avropa Birliyi Yunanıstan iqtisadiyyatına mərhələli şəkildə borc verilməsi proqramını davam etdirmək istəyir. Proqram Yunanıstan büdcəsində xərclərin azaldılması, kütləvi ixtisarları nəzərdə tutur.

Yunanıstanın maliyyə naziri Yannis Varoufakis deyib ki, onlara edilən təkliflər "absurddur": "Bizim yeni seçilən hökumət proqramın fəlsəfəsini qəbul etmir, bizə proqrama kosmetik dəyişikliklər lazım deyil".

Yunanıstanın fevralın sonuna qədər vaxtı var. Ölkəyə verilən 240 milyard avroluq borcun hazırkı tranşı bu ayın sonunda xərclənib qurtaracaq.

Əgər o vaxtacan razılıq əldə edilməsə Yunanıstan iqtisadiyyatı çökə və ölkə avrozonadan xaric edilə bilər.

XS
SM
MD
LG