Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Peyğəmbərin karikaturasını çəkən rəssam gizlənməyə məcbur oldu


Lars Vilks
Lars Vilks

Danimarkada söz azadlığı ilə bağlı seminarda törədilən terror aktının mümkün əsas hədəfi, rəssam Lars Vilks bildirib ki, bundan sonra gizlənməli olacaq.

Vilks Məhəmməd peyğəmbərin karikaturasını çəkən, buna görə də radikal islamçı təşkilatların qara siyahısına düşən rəssamdır.

Ötən həftə 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnmiş seminardan sonra CNN-ə açıqlama vermiş rəssam deyib ki, hücum edən şəxs polislərdən daha yaxşı silahlanmışdı.

Vilks atışma başlayan kimi cangüdəninin onu başqa bir otağa keçirib gizlətdiyini deyib.

Atışma zamanı ölən şəxs Danimarka Film İnstitutunun direktoru Finn Noergaard-dır.

XS
SM
MD
LG