Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:38

Yerevan meriyası müxalifətin mitinqinə "yox" dedi [Yenilənib]


Gagik Tsarukian, Levon Ter-Petrosyan və Raffi Ovannisyan və bir neçə tərəfdarı görüşüərkən, 13 fevral 2015

Gagik Tsarukian, Levon Ter-Petrosyan və Raffi Ovannisyan və bir neçə tərəfdarı görüşüərkən, 13 fevral 2015

-

Yerevan meriyası müxalifətdə olan 3 böyük partiyanın fevralın 20-də Azadlıq meydanında "təcili mitinq" keçirmək istəyinə "yox" dedi.

Səbəb kimi "təcili mitinq" ifadəsinin qeyri-münasib olduğu göstərilib.

Meriya hesab edir ki, Ermənistan prezidenti S.Sarkisian-ın fevralın 12-də etdiyi çıxışa 8 gün sonra reaksiya verilməsinə lüzum yoxdur.

Həmin çıxışda prezident hakim koalisiyanın üzvü, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Gagik Tsarukian-ı "şər qüvvə" adlandırmışdı.

Bundan sonra biznesmenin vergidən yayınıb-yayınmamasını araşdırmağı tapşırmışdı.

Hazırda Tsarukian müxalifətlə yaxınlaşıb.

Meriyanın cavabına münasibət bildirən Erməni Milli Konqresi Partiyasının parlament fraksiyasının rəhbəri Levon Zurabian deyib ki, bu əsaslandırmanın qanunla heç bir əlaqəsi yoxdur və mitinq bütün hallarda baş tutuacaq.

"Nə qanun, nə də Konstitusiyada meriyaya belə bir səlahiyyət verilməyib ki, hansısa yığıncağın təcili olub-olmadığını müəyyən etsin. Düşünülməmiş cavabdır" - deyə o qeyd edib.

Bundan əvvəl "İrs" Partiyasının parlament fraksiyasının lideri Ruben Akopian demişdi ki, Azadlıq meydanındakı mitinqdən sonra müddətsiz oturaq aksiya da başlaya bilər.

***


"Ermənistanda hakim Respublika və onun müttəfiqi “Çiçəklənən Ermənistan” partiyalarının liderləri hakimiyyət daxilində süni qütbləşdirmə istəyirlər". Bunu fevralın 14-də “Milli Müqəddəratın Həlli” birliyinin lideri Paruyp Hayrikyan jurnalistlərlə görüşündə bildirib:

“Bu oyun ondan ötrü oynanır ki, cəmiyyət bütövlüklə onların əlində olsun. Onları bir əsas məsələdən - ermənilərin xilasından və dövlətçiliyin möhkəmlənməsindən başqa hər şey maraqlandırır".

Paruyp Hayrikyan-ın fikrincə, prezident Serzh Sarkisyanla və Gagik Tsarukian “bir-birini yeməyi”“yuxarıdan” tapşılıblar. “Yuxarı” deyərkən Paruyp Hayrikyan Rusiyanı nəzərdə tutub: “yuxarıdan tapşırıblar ki, bir-birlərini yesinlər. Onlar da bu göstərişi bütün sərhədləri tapdalamaqla cani-dildən yerinə yetirirlər”.

Fevralın 13-də 3 parlament partiyası “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” fevralın 20-də Azadlıq meydanında mitinq qərarı verib. Bu, 3 partiya liderlərinin görüşündən sonra bəlli olub.

“Üçlüyün” yaydığı bəyanatda bildirilib ki, Gagik Tsarukian, Levon Ter-Petrosyan Raffi Ovannisyanın görüşündə geniş tərkibdə Ermənistandakı “gərgin daxili situasiya” müzakirə olunub.

“Sərbəst toplaşma haqqında” qanuna müvafiq olaraq, 3 siyasi güc mitinqini “təcili ümummilli yığıncaq” kimi xarekterizə edib, məqsəd də odur ki, ölkədəki vəziyyəti xalqla muzakirə edib bir qərar versinlər, yaranmış vəziyyətdən çıxış yolu tapsınlar. Müvafiq qanuna görə, təcili xalq yığıncağı keçirərkən aidiyyətli qurumlara xəbərdarlıq edilməsi tələb olunmur.

“Üçlüyün” bu görüşü hələ ötən həftə prezident Serzh Sarkisanın səs-küy çıxışından əvvəl təyin olunmuşdu. Prezident öz partiyasında çıxışı zamanı deyib ki, Gagik Tsarukian siyasi xadim kimi “ölkə üçün şərdir” və “psevdosiyasi hadisədir”, belə adamların da yeri siyasət deyil.

Ermənistan prezidenti Gagik Tsarukian-ın parlament iclaslarına "mütəmadi gəlməməyinin səbəblərini, xeyriyyəçilik adı altında 1 milyard dramı vergidən yayındırmasını, kriminal aləmlə əlaqə saxlaması barədə məlumatları" araşdırmağa çağırıb.

Bundan başqa, Gagik Tsarukian Təhlükəsizlik Şurasından xaric edilib.

Hələlik, Gagik Tsarukian, Levon Ter-Petrosyan və Raffi Ovannisyanın harda görüşdüyü bəlli deyil. Bəzi mətbuat orqanları yazır ki, Tsarukian digər 2 lideri fevralın 14-də öz evində qəbul edib. Gagik Tsarukian digər liderlərin hər biri ilə əvvəlcə ayrı-ayrılıqda görüşmüşdü. Fevralın 14-də isə onlar üçlükdə görüşüblər.

Serzh Sarkisianın çıxışından sonra Gagik Tsarukian-ın partiyadaşları bəyan ediblər ki, “üçlük” mitinq dalğasına başlayıb hakimiyyəti dinc yolla dəyişdirməlidir.

“Üçlük” Ermənistan prezidentinin dediklərinə vahid mövqenin 20 fevral mitinqində qoyulmasına razılaşılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG