Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:07

Ukraynanın Gürcüstandakı səfiri Saakashviliyə görə nazirliyə çağırılıb


Mikheil Saakashvili
Mikheil Saakashvili

Ukraynanın Gürcüstandakı səfiri Vasyl Tsybenko Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin Ukrayna prezidenti məşvərət şurasının rəhbəri təyin edilməsidir.

Gürcüstan xarici işlər nazirliyinin mətbuat katibi Davit Kereselidze fevralın 16-da jurnalistlərə bildirib ki, Ukrayna Gürcüstanın strateji tərəfdaşıdır və Tsybenkonun nazirliyə çağırılmasına münasibətlərin korlanması kimi baxmaq olmaz.

Ukrayna prezidenti Petro Poroshenko fevralın 13-də islahatlarla bağlı beynəlxalq məşvərət şurası yaradıldığını və Saakashvilinin onun rəhbəri təyin edildiyini bəyan edib.

Gürcüstan hakimiyyəti keçmiş prezident Saakashvilini vəzifə səlahiyyətlərindən sui-istifadədə və deputata qarşı hücumun təşkilində ittiham olunur.

Baş prokurorluq ötən ilin avqustunda onu İnterpola verib.

Saakashvilinin vəkili Otar Kakhidzenin sözlərinə görə, NATO-nun Oarlament Assambleyası, amerikalı konqresmen Mike Turner vəAvropa Parlameni xarici məsələlər üzrə komitəsinin sədriElmar Brok İnterpolu bu sorğunu rədd etməyə çağırıblar.

XS
SM
MD
LG