Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

-

Əsəbləri cilovlamamaq işini itirməklə nəticələnib. 90 saylı məktəbin idman müəllimi işdən kənarlaşdırılıb. Bunu məktəbin direktoru Qurbantac Qazıbəyova mətbuata açıqlamasında deyib. Həmin məktəbin 7-ci sinif şagirdi Orxan Həsənovun döyülməsi ilə bağlı ilkin araşdırma nəticələri bəlli olub. Direktor bildirir ki, şagirdin bədən tərbiyəsi müəllimi təfəfindən döyülməsi təsdiqlənib. Müəllim Emil Cəbrayılovu Bakı şəhər təhsil idarəsi müvəqqəti olaraq işdən kənarlaşdırıb.

«Bu çox pis haldır. Belə bir hal məktəbdə olmamalıdır, amma olub. Hazırda istintaq gedir. Səbəbini bilmirəm, nəticəsini bilmək istəyərdim. Proses araşdırılması üçün polisə verilib. İşlərlə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Polis Bölməsi məşğuldur, biz özümüz nəticənin necə olacağından narahatıq»- deyə məktəb müdürü bildirirb.

Qısa xatırlatma üçün deyək ki, fevralın 10-da Sabunçu rayonunundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan Orxan Həsənovu elə həmin məktəbdəcə bədən tərbiyəsi müəllimi döyüb. Özü də rezin şlanqla. Şagirdin valideyni açıqlamasında deyir ki, Orxan həmin müəllimin maşınınn yanından keçəndə yerə tüpürüb. Tüpürcək müəllimin maşının üstünə düşüb. Maşınında tüpürcək görən müəllim bərk qəzəblənib. Orxanı məktəbin boş otağına aparıb, şlanqla döyüb.

Nəticədə şagird fiziki və psixoloji zədə alıb, müəllimsə işindən olub.

UŞAQ HÜQUQLARI POZULUB

Bu, uşaq hüquqlarının pozulmasıdır. Müəllim cəzalanmalıdır, müəyyən tədbirlər görülməlidir. Təhsil Nazirliyi də bununla bağlı məsələ qaldırmalıdır...

Hüquqşünas Ləman Cavadzadə bildirir ki, məktəblərdə uşaqlara belə cəzaların verilməsi kobud qanun pozuntusudur:

«Bu, uşaq hüquqlarının pozulmasıdır. Müəllim cəzalanmalıdır, müəyyən tədbirlər görülməlidir. Təhsil Nazirliyi də bununla bağlı məsələ qaldırmalıdır».

«Uşaq hüquqları haqqında» qanundan çıxarış:

- Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftar, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması qanunvericililə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

DAVAMLI ZORAKILIQLAR

Məktəblərdə müəllimllərin şagirdi döyməsi halları vaxtaşırı mediada işıqlanır. Hər dəfə bir məktəbdən zorakılıq xəbəri gəlir. Müxtəlif vaxtlarda mediada Bakıdakı 331 saylı,Suraxanıdakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbi,Sumqayıtdakı 37 saylı məktəbdə şagirdin döyülməsində adı hallanıb.

Məktəblərdə şagirdin döyülməsi halı nə ilkdir, nə də son. Təhsil eksperti Nabatəli Qulamoğlu təəsüflə qeyd edir ki, müəllimin şagirdi döyməsi çox məktəb üçün tipik haldır. Ekspert belə halların olmasına bəzi səbəblər göstərir. O, bildirir ki, müəllimlər psixoloji, metodoloji yoxlananmadan işə alınır.

AVTORİTAR CƏMİYYƏTİN HƏRBÇİ MÜƏLLİMİ

Ekspert sual edir: Avtoritar cəmiyyətin müəllimi necə olmalıdır ki?

Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu

«İstənilən məktəbə gedin, müşahidə edin. Görəcəksiniz müəllim qışqırır «getmə, dayan, çıx bayıra»… Bütün bunlar onu göstərir ki, Azərbaycan müəllimi müasir zamanın tələblərinə uyğun insanlar deyil. Azərbaycan müəllimi hərbçidir, əmr verir. Əlində həmişə çubuq, xətkeş olur».

Nabatəli Qulamoğlu bildirir ki, ölkədəki cəzasızlıq prinsipi isə müəllimin əl-qolunu daha da açır. Ekspert bildirir ki, heç bir halda müəllim şagirdə əl qaldıra bilməz və belə davranışlar şərəf və ləyaqətin alçaldırlmasıdır:

«Müəllim qolçomaqdır, ya polisdir? Əgər şagird hansısa xoşagəlməz hərəkət edirsə, müəllim məktəb direktorunu məsələdən agah etsin, tənbeh etsin və ya dərsindən kənarlaşdırsın. Şagirdlərin evdə aldıqları tərbiyə də rol oynayır. Valideynə şikayət edəndə nəticəsi olmur, övladının tərəfini tutur. Ancaq, şərtlər nə olur olsun müəllimin şagirdə əl qaldırmaq haqqı yoxdur».

MÜƏLLİMİN VƏZİFƏSİ

Bəs təhsil verənin-yəni müəllimin vəzifəsi nədir?

«Təhsil haqqında» Qanundan çıxarış:

- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək;

- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

Bu müəllimin etməli olduqlarıdır. Döyülən Orxan Həsənova gəlincə, valideynləri Sabunçu rayonu polis idarəsinin 12-ci bölməsinə şikayət ediblər. Bölmədən azadlıq radiosuna bildiriblər ki, faktla bağlı təhqiqat aparılır. Ekspertizanın rəyi bəlli olandan sonra polis növbəti addımını atacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG