Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-da Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrləri James Warlick (ABŞ), Igor Popov (Rusiya) və Pierre Andrieu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprchiklə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb, sülh sazişi üzərində işə başlaması ilə bağlı fəaliyyət qrafiki müzakirə olunub.

Son vaxtlar atəşkəsin pozulması hallarına gəldikdə isə Elmar Məmmədyarov qeyd edib ki, həmsədrlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidir.

Bunun münaqişənin həlli və etimadın yaradılmasında mühüm addım olacağını qeyd edən nazir Azərbaycanın sülh sazişi üzərində ciddi danışıqlara başlamağa hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG