Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

Sarkisian Türkiyə ilə imzalanmış protokolu geri çağırıb


Serzh Sarkisian və Tayyip Erdogan

Serzh Sarkisian və Tayyip Erdogan

Ermənistan prezidenti Serzh Sarkisian Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı protokolu parlamentdən geri çağırıb.

Sarkisian fevralın 16-da bəyan edib ki, o parlamentin sıdri Galust Sahakiandan protokolun ona qaytarılmasını istəyib.

Sarkisian Türkiyə hökumətinini siyasi iradə göstərməməkdə, ilkin şərtlər irıli sürmkdə, protokolun ruhunu və mətnini təhrif etməkdə günahlandırıb.

O bildirib ki, “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində Ankarada tarixi inkar etmə siyasətinə yeni təkan verilir.

Ermənistan Osmanlı imperiyası dövründə 1 milyondan çox erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin qat-qat az olduğunu, bunun həmin illərdə ölkədəki vətəndaş müharibəsində baş verdiyini və hər iki tərəfdən ölənlər olduğunu deyir.

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı protokol 2009-cu il oktyabrın 10-da imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG