Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

AŞPA Monitorinq komitəsinin həmməruzəçiləri Tadeusz Iwinski və Pedro Agramunt martın 1-4 arası Azərbaycanda səfərdə olacaqlar.

AŞPA-dakı mənbələrdən Turan-a verilən məlumata görə, həmməruzəçilər Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini araşdıracaqlar.

Həmməruzəçilər səfər çərçivəsində ölkə rəsmiləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, hüquq müdafiəçiləri, hüquqşünaslar və media rəhbərləri ilə görüşlər keçirəcək.

Tadeusz İvinski Azərbaycan üzrə həmməruzəçi vəzifəsinə yanvarın 29-da seçilib.

O, bu vəzifədə Maltalı diplomat Joseph Debono Grechi əvəz edib.

İvinski 1992-ci ilin yanvarından AŞPA-nın üzvüdür.

Bir neçə il AŞPA-nın vitse-prezidenti, AŞPA-nın Çeçenistan üzrə məruzəçisi olub.

Azərbaycan üzrə ikinci həmməruzəçisi Pedro Agramuntun səlahiyyətləri 2015-ci il iyunun 14-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG