Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:28

Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick (ABŞ), Igor Popov (Rusiya) və Pierre Andrieu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprchiki qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlərin həmçinin səfər zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşü nəzərdə tutulub.

Onlar fevralın 17-də Yerevana, sonra isə Dağlıq Qarabağa gedəcəklər.

Amerikalı hәmsәdr Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb ki, biz Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ciddi danışıqlar olacağını gözləyirik və hər kəs bundan faydalanacaq.

Minsk Qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG