Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:10

-

«Dedilər abadlıq işləri aparılır, başçının göstərişidir, bu evlər burada qala bilməz. Buldozerləri, traktorları evlərin canına saldılar, qalmışıq küçədə».

Pirallahı qəsəbəsi, Fioletov küçəsinin sakini Əsəd Feyzullayev «Qaynar xətt»ə zəng vuraraq ailəlikcə küçədə qaldıqlarını bildirib. Onun dediyinə görə, bir neçə gün əvvəl yaşadıqları ev Pirallahı rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülüb:

«Deyirlər torpaq zəbt olunub. Halbuki, o torpağı bələdiyyədən almışdıq. İllərlə qazandığımızı bir yerə toplayıb üç otaq tikmişdik, imkansızlıqdan heç təmir də edə bilməmişdik. İki uşaq və xəstə həyat yoldaşımla qışın ortasında hara gedim?».

Əsəd Feyzullayev vaxtilə 2 sot torpağa görə 4500, evin tikintisinə isə 16 min manat xərclədiyini deyir. Lakin nə torpağa, nə də evin tikintisinə heç bir sənədi yoxdur:

«Ovaxtkı bələdiyyədən torpağa görə sənədim var, evi tikərkən də icra hakimiyyətinə «hörmət etmişdim». Hamı bilir ki, bu ölkədə hər şey «hörmət»ə bağlıdır – yəni rüşvətə».

MƏNZİLLƏRİ SÖKÜLƏNLƏR KÜÇƏYƏ ATILIB?

Əsəd Feyzullayevin bildirdiyinə görə, həmin küçədə daha bir neçə ev sökülüb. Həmin mənzillərin sakinləri də küçəyə atılıb.

Pirallahı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş torpaq sahələri üzərindəki müxtəlif konstruksiyalı hasarlar sökülür. Şəhərsalma və tikinti normalarına cavab verməyən yarımçıq tikililərin də söküntüsünə başlanılıb. İcra hakimiyyəti söküntü işlərini ərazilərin təmizlənərək abadlaşdırılması ilə əlaqələndirir.

İcra hakimiyyəti kompensasiya ödənilməməsini onunla əlaqələndirir ki, həmin tikililər zəbt olunmuş torpaqların üzərində tikilib və heç bir sənədi yoxdur.

Hüquqşünas Namizəd Səfərov hər hansı tikilinin yalnız məhkəmə qərarı ilə sökülə biləcəyini deyir:

«Hətta o tikili qanunsuzdursa, yenə də bunu məhkəmə qərarı təsdiqləməlidir. Tikilinin sökülməsi barədə qərar olmadan söküntü işi aparmaq qanunsuzdur».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG