Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Keçmiş müsavatçının oğlu 2 aylıq həbs edildi


Əlövsət Sadıqlı
Əlövsət Sadıqlı

-

«Elgiz Sadıqovun hazırda harada saxlandığından xəbərim yoxdur, məhkəmə onun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib».

Küllü miqdarda narkotik maddə saxlamaq ittihamı ilə fevralın 13-də saxlanan Elgiz Sadıqovun atası - keçmiş Müsavat üzvü Əlövsət Sadıqlı AzadlıqRadiosuna açıqlamasında belə deyib.

Bildirib ki, Elgiz Sadıqovun məhkəməsi fevralın 14-də axşam saatlarında keçirilib. Vəkilinin dediyinə görə, o, özünü təqsirli bilməyib, narkotik maddənin onun idarə olunduğu avtomobilə qəsdən qoyulduğunu deyib.

Elgiz Sadıqov ilə eyni gündə Əlövsət Sadıqlının özü də saxlanıb. Fevralın 14-də polisə müqavimət ittihamı ilə məhkəməyə aparılıb, məhkəmədə bəraət alıb.

Əlövsət Sadıqlı oğlunun həbsinin siyasi sifariş olduğunu iddia edir. Hesab edir ki, onlara qarşı bu addımların səbəbi ailənin Almaniyada yaşayan böyük oğlu Tural Sadıxlının siyasi fəaliyyətidir.

XS
SM
MD
LG