Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:27

Tərəflər Ukraynanın şərqində atəşkəsin pozulduğunu deyirlər


Andriy Lysenko
Andriy Lysenko

Ukrayna ordusu və rusiyapərəst separatçılar Ukraynanın şərqində atəşkəs rejiminin pozulduğunu deyirlər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lysenko fevralın 16-da keçirdiyi mətbuat konfransında deyib ki, ümumilikdə əksər rayonlarda hərbi əməliyyatlar səngisə də Debaltsevedə döyüş davam edir.

Onun sözlərinə görə separatçılar bu ərazidə Ukrayna ordusunun mövelərini 88 dəfə atəşə tutublar.

Lysenko bildirib ki, separatçılar qrad qurğuları, tank, artileriya və minaatanlardan istifadə edirlər.

Rusiyapərəst separatçıların hərbi liderlərindən biri Eduard Basurin də fevralın 16-da Donetskdə keçirdiyi mətbuat konfransında atəşkəs rejiminin polzulduğunu deyib:

"Son 24 saat ərzində atəşkəs rejiminin 27 dəfə pozulduğu qeydə alınıb.Əsasən də Dokucaevs,Donetsk ətrafı və Hrlivkada".

Fevralın 12-də Minskdə əldə olunan atəşkəs rejimi fevralın 15-də qüvvəyə minməli idi.

Bu razılaşmada həmçinin ağır silahların cəbhə xəttindən çıxarılması və bütün əsirlərin dəyişdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG