Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:52

-

ARDNŞ-in Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcı Xəzər dənizində sualtı təmir işləri zamanı boğularaq ölüb.

Məlumatı apa yayıb.

Şirvan şəhər sakini, 1976-cı il təvəllüdlü Kamil Umudov Xəzər dənizində sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi zamanı boğulub. İş yoldaşlarının bildirdiyinə görə, sudan su qabarcıqlarının çıxmadığını görən həmkarları suya tullanaraq onu xilas etməyə çalışıblar. Amma bu, mümkün olmayıb. Onlar onun yalnız sudan meyitini çıxara bilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG