Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Məktəblini döyən müəllim işdən kənarlaşdırılıb


Arxiv fotosu. Azərbaycanda şagirdlərin döyülməsi

Arxiv fotosu. Azərbaycanda şagirdlərin döyülməsi

-

Sabunçu rayonundakı 90 saylı orta məktəbin şagirdi Orxan Həsənovu rezin şlanqla döyən idman müəllimi Emil Cəbrayılov müvəqqəti işdən kənarlaşdırılıb.

Bu barədə AzadlıqRadiosuna məktəbin direktoru Qurbantac Qazıbəyova məlumat verib. Bildirib ki, istintaq başa çatandan sonra lazım gələrsə, müəllimin işdən çıxarılması əmrinə imza atacaq:

«Bakı şəhər Təhsil İdarəsi Emil Cəbrayılovu bu gündən müvəqqəti olaraq işdən kənarlaşdırıb. Məsələ ilə bağlı 12 saylı Polis Bölməsi tərəfindən istintaq aparılır. Mən bir direktor kimi bu cür halları pisləyirəm. İstintaq başa çatmayınca, mən əmrə imza ata bilmərəm. Amma hazırda işini davam etdirməsinə icazə vermirik».

Orxan Həsənovun döyülməsini AzadlıqRadiosuna onun atası demişdi. Bildirmişdi ki, fevralın 10-da məktəbin həyətində guya uşaq müəllimin avtomobilinə tüpürdüyü üçün müəllim onu sinif yoldaşlarının yanında rezin şlanqla döyüb.

Valideynlər hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsinə şikayət ediblər. Məktəbliyə 3 saylı xəstəxanada tibbi yardım göstərilib, tibbi ekspertizadan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG