Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15

-

Fevralın 16-dan Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib:

«Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək».

ANONS VERİLMİŞDİ

Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində deyirdi ki, Azərbaycan manatın dollara nisbətdə saxlanmasından imtinaya hazırlaşır. «Fiskal və monetar siyasətə bəzi düzəlişlər etmək lazımdır. Daha çevik məzənnə və tədricən hədəflənən inflyasiya rejiminə keçid etməyi nəzərdən keçiririk», - cənab Rüstəmov deyib.

Müəlliflər Jack FarchyTony Barber yazır ki, dolların məzənnəsinin tənzimlənməsindən imtina Azərbaycan üçün ciddi siyasət dəyişikliyidir. İyundan neftin qiymətində 47 faizlik düşmə iqtisadi və siyasi sabitliyi ilə öyünən bu ölkəni də silkələyib. Neft və qaz ölkə ixracının 95, hökumət gəlirlərinin 70 faizini təşkil edir.

Elman Rüstəmov

Elman Rüstəmov

ƏHALİNİN MARAQLARI

On il davam edən çiçəklənmə əhalinin demək olar yarısını yoxsulluqdan çıxarıb, Bakıda tikinti bumu yaradıb.

«2015-ci il Azərbaycan iqtisadiyyatı üçün kritik illərdən biridir. Əsas məqsəd iqtisadiyyatı şaxələndirmək, yeni iqtisadi artım modelinə keçmək, xammaldan asılılığı azaltmaqdır», - Rüstəmov deyib.

Mərkəzi Bankın sədri dolların tənzimlənməsindən nə vaxt imtina olunacağını deməyib, ancaq vurğulayıb ki, valyutanın hər hansı formada zəifləməsi qəfil deyil, tədrici olacaq, bank «əhalinin maraqlarını nəzərə alacaq».

2011-ci ildən dolların manata nisbətən məzənnəsi 0.78 həddində saxlanıb, baxmayaraq ki, digər regionlarda valyutalar – rus rublu, qazax təngəsi, gürcü larisi kəskin düşüb.

AVRO-DOLLAR SƏBƏTİNİN XEYRİNƏ

Elman Rüstəmov söyləyib ki, məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək". Ötən il inflyasiya 1.4 faiz olub.

Mərkəzi Bank

Mərkəzi Bank

Baş bankirin dediyinə görə, ilin əvvəlindən milli valyutanın qorunması üçün 1 milyard dollara yaxın vəsait xərclənib. Narahat əmanətçilər əmanətlərini dollara çeviriblər.

Azərbaycanın xarici valyuta ehtiyatları 52 milyard dollardır, iqtisadiyyatın həcminə baxanda, nisbətən böyük rəqəmdir, ÜDM-nin 70 faizinə bərabərdir. Bu fakt ölkə iqtisadiyyatını neftin qiymətinin düşməsinin təsirindən qoruyub.

İQTİSADİYYATDA «MÜƏYYƏN AZALMA»

Ancaq Rüstəmov deyib ki, Mərkəzi Bank iqtisadiyyatda «müəyyən azalma» müşahidə edib – yəni ötən ildəki 2.8 faizlik artımla müqayisədə.

«Financial Times» yazır ki, iqtisadiyyat dövlət investisiyasından çox asılıdır. Dövlət sərmayəsinin isə bu il azalacağı gözlənir. Hökumət neftin qiymətinin ilkin olaraq 90 dollar nəzərdə tutulduğu büdcəyə yenidən baxır.

Məzənnə siyasətində dəyişiklikdən əlavə, Mərkəzi Bank iqtisadiyyatın stimullaşdırılması üçün bir sıra monetar tədbirlər üzərində də işləyir. Bu tədbirlərə ipoteka istiqrazlarının alınması, kiçik və orta sahibkarlığa kredit ayrılması, bank sektoruna birbaşa dəstək daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG