Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Azərbaycan XİN 21 misirlinin qətlini pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

-

Azərbaycan Xarici İşlər Nazirliyi 21 Misir vətəndaşının terrorçular tərəfindən qətlə yetirilməsini pisləyir.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı verilir.

Həmçinin, Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi, terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəklədiyi vurğulanır.

«İslam Dövləti» (İD) yaraqlıları 21 misirli xristianın başının kəsildiyini göstərən video yayıb.Xristian fəhlələr dekabr və yanvarda işləməyə getdikləri Liviyada oğurlanıblar. İD-nin yaydığı videoda narıncı geyinmiş misirlilərin qolları bağlanıb, qarageyimli və maskalı şəxslər onlardan azı 10-nun başını kəsir.

Günün bütün mövzuları

XS
SM
MD
LG