Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

-

ANALI-ATALI YETİMLƏR

ANSpress yazır ki, Azərbaycanda uşaq evlərində təlim-tərbiyə alan balaca sakinlərin sayı azalmaq əvəzinə artır.

«Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan internat məktəblərinin sayı 45, orda təhsil və tərbiyə alan uşaqların sayı isə 9 min 356 nəfərdir....

Təbii ki, bu rəqəmlər əvvəlki illərlə müqayisədə müəyyən qədər yüksəkdir. Bu, artım müxtəlif səbəblərlə izah olunur. Dövlət uşaq müəssisələrində uşaqların sayının artması ilk növbədə uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillərlə izah olunur.

Lakin ekspertlər fərqli düşünürlər. Onların fikrincə, indi paytaxta yerləşən 3 uşaq evində azyaşlıların sağlam böyüməsi, təlim-tərbiyəsi üçün yaradılan yüksək şərait, müasir metodların tətbiqi uşaq evlərini ən etibarlı səviyyəyə qaldırıb. Bunu nəzərə alan valideynlər öz rahatlıqları üçün uşaqlarını müxtəlif bəhanələrlə bura yönəltməkdə daha maraqlıdırlar. Halbuki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) haqda Dövlət Proqramı (2006-2015-ci illər) qəbul olunub».

AYDIN MİRZƏZADƏ: «AZƏRBAYCANA DEMOKRATİK DƏSTƏYİ TƏLİMAT KİMİ BİLDİRƏNLƏRİN SAYI ÇOXDUR»

«Azərbaycanda demokratiyaya xaricdən nə qədər çox dəstək olarsa, bu, bizim daha çox uğurumuzdur. Ancaq bir məsələ var ki, bu dəstəyi Azərbaycana təlimat kimi bildirən həvəskarların sayı həddən artıq çoxdur».

Aydın Mirzəzadə

Aydın Mirzəzadə

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Aydın Mirzəzadə «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib.

ABŞ Konqresində Azərbaycan dinləmələrinin təşkil olunmasına münasibət bildirən deputat dinləmələri klub iclasına bənzədib:

«600 nəfərdən cəmisi 3 nəfərin iştirak etdiyi, iki çıxışçının olduğu, Azərbaycandan bir-iki nəfərin dəvət edildiyi, bir neçə ekspertin qatıldığı kiçik tədbiri dinləmə adlandırmağın özü çox qəribə səslənir... Ya bu, onun göstəricisidir ki, dinləmələri təşkil edənlərin tərəfdarlarının sayı çox azdır, yaxud da həmin dinləmələr çox tələsik təşkil edilir və Amerikanın özündə də çox qeyri-ciddi qəbul olunur».

Aydın Mirzəzadə ictimai fəalların həbsindən də danışıb:

«Azərbaycan real cəmiyyətdir, gündəlik həyatı var, hüquqla hər hansı problemi olan insanlar var. Azərbaycana, onun iqtidarına onlarla münasibəti necə qurmağı bir prokurorsayağı tələb etməyin özü qəbuledilməzdir. Kimlərsə ictimai fəal ola bilər. Amma qanunla başqa bir cəhətdən onun problemi ola bilər. Bu, o demək deyil ki, həmin insan ictimai fəal olduğuna görə ona qanun tətbiq edilə bilməz».

İntiqam Əliyev

İntiqam Əliyev

Müsahibədə deputatın müxalifət-iqtidar dialoqu, parlament seçkiləri, bəzi dövlət qurumlarının ləğvi kimi məsələlərlə bağlı fikirləri də yer alıb.

İNTİQAM ƏLİYEVLƏ BAĞLI YENİ FAKT

Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucova iddia edir ki, ümumilikdə 119 min manatı hər dəfəki köçürmədən sonra bacısı Əfsanə Orucovanın hesabından çıxarıb, aparıb İntiqam Əliyevə verib. Məhz bu iki bacının ifadəsi əsasında hüquqşünas İntiqam Əliyevə 119 min manatın mənimsənilməsi haqda ittiham irəli sürülüb.

İntiqam Əliyev isə məhkəmədə bəyan edib ki, mühasibin bacısının hesabına təşkilatdan pul köçürülməsi barədə ödəniş göstərişlərinə onun adından saxta imzalar atılıb.

«Azadlıq» qəzeti yazır ki, redaksiyaya Gülşən Orucovanın çalışdığı başqa təşkilatlardan da bacısının hesabına pul köçürdüyünü sübut edən sənəd daxil olub.

«Söhbət Media Hüququ İnstitutundan gedir. Əfsanə Orucova Media Hüququ İnstitutunun əməkdaşı olmayıb. Belə olan halda, hansı əsasla bu təşkilatın hesabından onun hesabına pul köçürülüb?», – deyə qəzet sual edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG