Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33

İtaliya Liviya sərhədində 2 min miqrantı xilas edir


Ötən ilin avqustunda Aralıq dənizində xilas edilmiş miqrantlar

Ötən ilin avqustunda Aralıq dənizində xilas edilmiş miqrantlar

-

İtaliya sərhədçiləri Aralıq dənizində, İtaliyanın Lampedusa adası yaxınlığında 2 mindən çox miqrantı xilas edib.

İtaliya fövqəladə xidməti fevralın 15-də bildirib ki, miqrantlar 12 qayıqla Liviyadan gəlirmişlər.

Nəqliyyat Nazirliyinin məlumatına görə, dörd silahlı sərhədçiləri hədələyib. Onlar Liviya tərəfdən sürət qayığında yaxınlaşıblar.

Silahlılar italyanlardan tələb ediblər ki, miqrantların istifadə etdiyi qayığı onlara versinlər.

İtaliya Liviyada səfirliyini saxlamış sonuncu qərb dövləti idi, fevralın 14-də təhlükəsizlik durumuna görə Tripolidə fəaliyyəti dayandırıb.

2014-cü ildə Şimali Afrikadan qayıqla İtaliyaya gələn 3.200 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG