Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

Minsk Qrupunun həmsədrləri Bakıdadır. «Ciddi danışıqlar» olacaq.


Foto: Arxiv

Foto: Arxiv

-

Bazar ertəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb.

Trend xəbər verir ki, həmsədrlər – James Warlick (ABŞ), Igor Popov (Rusiya) və Pierre Andrieu (Fransa) Bakıda XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcəklər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

Fevralın 17-də həmsədrlər Yerevana, daha sonra isə Dağlıq Qarabağa yola düşəcəklər.

«Biz prezident İlham Əliyev vә digər rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ciddi danışıqlar olacağını gözləyirik».

ATӘT-in Minsk Qrupunun amerikalı hәmsәdri James Warlick Twitter səhifəsində belə yazıb.

«Hәr kәs bundan faydalanacaq», - deyә J.Warlick bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG