Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:11

Netanyahu Avropa yəhudilərinə çağırış edir


Benjamin Netanyahu Parisdə öldürülən yəhudilərin dəfn mərasimində
Benjamin Netanyahu Parisdə öldürülən yəhudilərin dəfn mərasimində

-

İsrailin baş naziri Benjamin Netanyahu Avropada yaşayan yəhudiləri çağırıb ki, İsrailə mühacirət etsinlər. O, fevralın 15-də kabinetin iclasında deyib ki, Avropada yəhudilərə hücumlar, anti-semitizm güclənib və İsrail yəhudilərə təhlükəsizlik verə bilər.

Netanyahu avropalı yəhudilərin "kütləvi miqrasiyası" edəcəyinə ümidini bildirib, onlara müraciətlə deyib ki, "İsrail sizin evinizdir".

Yanvarda Fransada, fevralın 14-də Danimarkada hücumlarda ölənlər arasında yəhudilər var.

Şənbə günü gecə Kopnhagenin əsas sinaqoquna hücum olub, Parisdə marketə hücumda isə 4 yəhudi həlak olmuşdu.

Kopenhagenin baş ravvini Jair Melchior deyib ki, Danimarka yəhudiləri İsrailə terrorçuluq səbəbindən deyil, "İsraili sevdikləri üçün" köçürlər.

Danimarkanın baş naziri Helle Thorning-Schmidt-in sözlərinə görə, yəhudilər "Danimarkaya məxsusdur... biz yəhudi icmasını qorumaq üçün hər şey edəcəyik".

Fransanın şərqində Alsace regionunda isə yəhudi qəbiristanlığında yüzlərlə qəbir dağıdılıb.

XS
SM
MD
LG