Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:00

Ermənistan müxalifəti "təcili" yürüş çağırır


Prezident Serzh Sarkisian Gagik Tsarukian ilə bir tədbirdə, arxiv foto
Prezident Serzh Sarkisian Gagik Tsarukian ilə bir tədbirdə, arxiv foto

-

Ermənistanın 3 aparıcı müxalifət partiyası gələn həftə Yerevanda birgə "təcili" yürüş keçirməyə razılaşıblar.

Nümayiş fevralın 20-də keçiriləcək. Qərar fevralın 15-də Ermənistan Milli Konqresi və Heritage liderləri Çiçəklənən Ermənistan Partiyasının (BHK) rəhbəri Tsarukian-la görüşündən sonra elan olunub.

Bazar günü görüşünə Prezident Serzh Sarkisian-ın müxalifət lideri Gagik Tsarukian barədə sözləri səbəb olub. O, hakim Respublikaçı Partiyasına deyib ki, Tsarukian "şərdir" və siyasi prosesdən çıxarılmalıdır. BHK parlamentdə ikinci böyük partiyadır.

Tsarukian Sarkisian-a xəbərdarlıq edib ki, konstitusiyanı dəyişmək planlarından əl çəksin, yoxsa küçə etirazları ilə üzləşəcək. Bu bəyanatdan dərhal sonra baş nazir Hovik Abrahamian Tsarukian-nın böyük məbləğdə köhnə vergi borcları iddialarını araşdırmaq göstərişi verib.

Tsarukain isə fevralın 13-də deyib ki, "əlcəklərini geyinir və qələbə çalanadək vuruşacaq". O, tərəfdarlarını küçələrə çıxmağa, Sarkisian-ın istefasını tələb etməyə çağırıb.

XS
SM
MD
LG