Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

Yəmən Hutilərinə BMT-dən çağırış


Sanaada Huti üzvünün evinə hücumdan sonra, dekabr, 2014-cü il

Sanaada Huti üzvünün evinə hücumdan sonra, dekabr, 2014-cü il

-

BMT-nin Təhlükəsizlik Şurası Yəmənin Huti şiə yaraqlılarını çağırıb ki, hakimiyyətdən əl çəkib devirdikləri hökumətlə danışıq aparsınlar.

Şuranın 15 üzvünün səs verdiyi qətnamədə deyilir ki, Hutilər qüvvələrini hökumət idarələrindən çəksinlər; prezident Abd-Rabbo Mansur Hadi-ni və digər hökumət üzvlərini ev dustaqlığından buraxsınlar; Yəməndə hakimiyyət savaşını həll etmək üçün BMT-nin apardığı danışıqlara "yaxşı inam" göstərsinlər.

Hutilər ötən sentyabrda ölkənin şimalından paytaxt Sanaaya gəlib nəzarəti ələ alıblar. Onlar ölkənin digər hissələrinə də nəzarət edirlər. Prezident və hökumət istefaya məcbur olub, parlament buraxılıb.

İordaniyanın BMT-dəki səfiri Dina Kawar deyib ki, Yəmənin xaosa sürüklənməsinin qarşısı alınmalıdır.

Altı ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurası və Ərəb Liqası BMT-ni Hutilərə sanksiya tətbiq etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG