Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:17

Kopenhagendəki silahlı Danimarkada doğulub


Fransanın daxili işlər naziri Bernard Cazeneuve Kopenhagendə sinaqoqun qarşısına gül qoyur
Fransanın daxili işlər naziri Bernard Cazeneuve Kopenhagendə sinaqoqun qarşısına gül qoyur

-

Danimarka polis bildirir ki, Kopenhagendə insan ölümü ilə nəticələnən atışmanı törədənin 22 yaşı olub, Danimarkada doğulub, boya-başa çatıb.

Polisin fevralın 15-də yaydığı bəyanatda deyilir ki, həmin şəxs əvvəllər də zorakılıq törədib, banda işlərində əli olub, silah saxlayıb.

Həmin şəxsin adı açıqlanmır. O, fevralın 15-də səhər atışmada öldürülüb. Sinaqoqa və azad söz tədbirinə hücumda isə iki nəfər həlak olub – danimarkalı sənədli film rejissoru və yəhudi icmasının üzvü. Beş polis də yaralanıb. Atışma fevralın 14-də gecədən fevralın 15-də səhərədək davam edib.

Ölkə kəşfiyyatının rəhbəri Jens Madsen deyib ki, təhqiqatçılar silahlının islam radikallarından ruhlandığını düşünür.

Medianın məlumatına görə, polis Kopenhagendə İnternet kafeyə basqın edib, azı 2 nəfəri saxlayıb.

XS
SM
MD
LG