Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Misirli xristianların qətli pislənilir


Misir xristianları Pasxa bayramı keçirir, arxiv foto
Misir xristianları Pasxa bayramı keçirir, arxiv foto

-

"İslam Dövləti" (İD) yaraqlılarının Liviyada misirli xristianların başının kəsilməsinə Misirin cavab vermək hüququ var. Bunu Misir prezidenti Abdel Fattah el-Sisi fevralın 15-də dövlət televiziyasına deyib. Bir neçə saat əvvəl isə İD 21 misirli xristianın başının qəddarlıqla kəsildiyini göstərən video yayıb.

Xristian fəhlələr dekabr və yanvarda işləməyə getdikləri Liviyada oğurlanıblar.

Qahirənin nüfuzlu sünni məscidi olan Al-Azhar məscidi qətlləri "barbar" hərəkəti adlandırıb və bildirib ki, bu hadisənin hər hansı din və insan dəyərləri ilə əlaqəsi yoxdur.

İD-nin yaydığı videoda narıncı geyinmiş misirlilərin qolları bağlanıb, qara geyimli və maskalı şəxslər onlardan azı 10-nun başını kəsir. Qətlin Tripoli ərazisində aparıldığı bildirilir.

XS
SM
MD
LG