Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:23

Ukraynada atəşkəsə ümumilikdə əməl olunur


Debaltsevedə Ukrayna silahlı qüvvələri
Debaltsevedə Ukrayna silahlı qüvvələri

-

Bazar gününə keçən gecə Ukraynada qüvvəyə minmiş atəşkəs ara-sıra atışmaya baxmayaraq saxlanıb. Fevralın 15-də əsas narahatlıq doğuran ərazi Debaltseve şəhəri ətrafı olub. Son günlər burada şiddətli atışma gedir. Ərazidəki rusiyapərəst separatçıların komandiri Reuters agentliyinə deyib ki, onlar atəşkəsin Debaltseveyə aid olduğuna inanmırlar, çünki "bura bizim ərazidir".

Hökumətin sözçüsü deyib ki, Kiyev qüvvələri 15-də gecərayısından 10 dəfə atəşə tutulub, ancaq atəş "lokallaşdırılıb" və ölən olmayıb.

Ordunun sözçüsü isə bildirib ki, Kiyev təmas xəttindən yığışdırılacaq ağır silahlar üçün saxlanclar hazırlayır.

XS
SM
MD
LG