Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:10

Bələdiyyə seçkilərinin nəticələri noyabrın 6-dək açıqlanmalıdır


Oktyabrın 6-da 603 bələdiyyəyə keçirilmiş yeni, təkrar, əlavə və ilkin seçkilərin nəticələri bu həftə açıqlana bilər. Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, qanuna görə, protokolların və müraciətlərin araşdırılması bələdiyyə seçkilərindən iyirmi gün sonra, yəni oktyabrın 26-dək başa çatdırılmalı, nəticələr isə 30 gün ərzində, yəni noyabrın 6-dək açıqlanmalıdır. Artıq müraciət və protokolların araşdırılması demək olar ki, başa çatdırılıb. Bu üzdən də MSK üzvləri nəticəni elə bu günlərdə açıqlaya bilərlər.


MSK-nın məlumatına görə, 1931 bələdiyyə üzvlüyü uğrunda 4524 nəfər mübarizə aparıb.


Hakim Yeni Azərbaycan Partiyasından seçkiyə qatılanların sayı 2171, bitərəflərin sayı isə 2096 nəfərdir. Ana Vətən Partiyasından 44, Müsavat, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi partiyalarının hər birindən 23 nəfər namizədliyini irəli sürüb.


Seçkinin monitorinqini aparmış Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyası bələdiyyə seçkilərində texniki irəliləyişlərlə yanaşı, ciddi qanun pozunutlarının olduğunu da bəyan edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG