Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:29

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kopenhagendəki atışmanı pisləyib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.

“Azərbaycan Kopenhagendəki atışmanı qınayır, ölən və xəsarət alanların yaxınlarına və ailələrinə başsağlığı verir”.

Danimarkanın paytaxtı Kopenhagendə polis ona atəş açmış bir nəfəri güllələyib.

Bundan öncə isə Kopenhagendə naməlum şəxslər İslam və söz azadlığı ilə bağlı seminarın keçirildiyi binaya atəş açıblar. Nəticədə bir vətəndaş ölüb, üç polis əməkdaşı yaralanıb.

Bundan bir neçə saat sonra şəhər sinaqoqunda atışma olub. Bir vətəndaş ölüb, iki polis əməkdaşı yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaça bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG