Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:38

Luhansk vilayətinin keçmiş qubernatoru həbs edildi


Ukraynada Luhansk vilayətinin keçmiş qubernatoru Oleksandr Yefremov həbs edilib.

Baş prokuror Viktor Shokin fevralın 15-də Kiyevdə bəyan edib ki, Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Yefremov keçmiş prezident Viktor Yanukovychin tərəfdarlarından biridir.

Yanukovych 2014-cü ilin fevralında Rusiyaya qaçandan sonra Yefremov onu və prezident administrasiyasındakı məsləhətçiləri ölkədəki qarmaqarışıqlıqda günahlandıran bəyanat vermişdi.

Yanvarda Ali Radadan olan deputat prokurorluğa müraciət etmişdi ki, Yefremovun Ukraynanın şərqindəki separatçılara maliyyə yardımı göstərməsi iddiasını araşdırsın.

XS
SM
MD
LG