Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Ermənistanda üç müxalif partiyanın rəhbəri görüşür. Məqsəd müxalifətçi Gagik Tsarukiana qarşı hökumətin son hücumlarını müzakirə etməkdir.

Gagik Tsarukian parlamentdə ikinci böyük partiya olan “Çiçəklənən Ermənistan”ın lideridir. Baş nazir Hovik Abrahamianın göstərişi ilə Tsarukianın vergidən yayınması ilə bağlı araşdırma aparılır.

Fevralın 12-də prezident Serzh Sarkisian hakim Respublikaçılar Partiyasının liderlərinə deyib ki, Tsarukian “pis”dır və siyasi proseslərdən kənarlaşdırılmalıdır.

Ertəsi gün Tsarukian bəyan edib ki, qələbə qazananadək bu yoldadır. O həmçinin tərəfdarlarını küçələrə çıxmağa və Sarkisianın istefasını tələb etməyə çağırıb.

Tsarukianla görüşəcək digər iki partiyanın lideri hökumətin ona qarşı davranışının siyasi motivli və konstitusiyaya zidd olduğunu bəyan ediblər.

XS
SM
MD
LG