Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

Xalq rəssamı Davud Kazımov vəfat edib


Davud Kazımov

Davud Kazımov

Xalq rəssamı Davud Kazımov fevralın 14-də 89 yaşında vəfat edib.

Məlumatı AzerTAc yayıb.

Davud Kazımov sərbəst yaradıcılıq fəaliyyətinə İkinci Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, eləcə də Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Davud Kazımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG