Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Polis öldürülən şəxsin terror hücumu ilə bağlılığını araşdırır


Seminarın keçirildiyi ərazi hücumdan sonra, Kopenhagen

Seminarın keçirildiyi ərazi hücumdan sonra, Kopenhagen

Danimarkanın paytaxtı Kopenhagendə polis özünü şübhəli aparan bir nəfəri güllələyib.

Hadisə fevralın 15-də səhər saatlarında baş verib. Dəmiryol vağzalının yaxınlığında öldürülən şəxs polisə atəş açıbmış. Hazırda polis fevralın 14-də şəhərdə baş verən hadisələrlə həmin şəxsin əlaqləli olub-olmamasını araşdırır.

Şənbə günü Kopenhagendə naməlum şəxslər İslam və söz azadlığı ilə bağlı seminarın keçirildiyi binaya atəş açıblar. Nəticədə bir vətəndaş ölüb, üç polis əməkdaşı yaralanıb. Atəşi açan şəxs və ya şəxslər gizlənməyə müvəffəq olublar. Seminarda iştirak edənlər arasında İsveç rəssamı, Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi Lars Vilks və Fransanın Danimarkadakı səfiri Fransua Zimerey də olub. Onlar heç bir xəsarət almayıblar.

Bir neçə saat sonra şəhər sinaqoqunda atışma olub. Bir vətəndaş ölüb, iki polis əməkdaşı yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaça bilib.

Hadisə ilə bağlı Danimarkada təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG