Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:20

Almaniya universitetlərində necə təhsil almaq olar


Humboldt Universiteti
Humboldt Universiteti

-

Almaniya universitetlərində ilkin ali təhsil pulsuzdur. Magistraturada oxumaq üçünsə pul vermək lazımdır.

Bəs təhsil haqqı nə qədərdir? Hansı hallarda təhsil haqqını ödəməmək olar? "Deutsche Welle" radiosu (DW) bu suallara cavab arayıb.

Alman ali təhsil müəssisələrində birinci ali təhsil (grundständiges Studium) pulsuzdur. Bu təhsil proqramı bakalavr (Bachelor), mütəxəssis (Diplom) və köhnə nümunəli magistr (Magister Artium) diplomu almaq istəyənlər üçün nəzərdə tutulub.

Məzunlara dövlət qulluqçusu kimi (müəllim, hakim) işləmək hüququ verən “Dövlət imtahanı” (Staatsexamen) və dövlətin nəzarəti altında olan peşələr (həkim, hüquqşünas, əczaçı) üzrə birinci təhsil də pulsuzdur. Əgər iddiaçının Rusiya və MDB-də aldığı bakalavr və ya magisrt diplomu varsa və o Almaniyada , ya da hər hansı Avropa ölkəsində ali təhsil almayıbsa bu vəziyyətdə də söhbət birinci ali təhsil almaqdan gedir.

Boloniya nümunəli (Master) magistr proqramı öz dərəcəsini yüksəltmək istəyənlər üçün nəzərdə tutulub.

Ali təhsil müəssisələrinin belə təhsil xidmətləri üçün vəsait tələb etməyə haqları var.

Üç variant

Göttingen Universiteti
Göttingen Universiteti

Təhsil səviyyəsindən asılı olmayaraq Almaniyanın ali məktəblərində təhsil haqqının ləğv edilməsindən sonra da semestr üçün üzvlük haqqı (Semesterbeitrag) saxlanılır. Bu bütün tələbələr üçün mütləqdir. Magistr diplomu üçün bundan əlavə ödəmənin olması magistraturanın növündən asılıdır. Üç növ magistr proqramı var: “ardıcıl" (konsekutiv və yaweiterführend), "qeyri-ardıcıl" (nicht konsekutiv) və"dərəcə artırıcı - diplomdan sonrakı" (weiterbildend).

“Ardıcıl” proqramlar

“Ardıcıl” magistraturada tələbə uyğun ixtisas üzrə təhsilini davam etdirir. Əksər hallarda fakültələr təhsil ixtisaslarının adlarını hər iki pillədə də eyni saxlayır. Amma tələbələrin fakultəni və ali məktəbi dəyişmək imkanı da var. Bu halda profil üzrə hansı ixtisasların uyğun gəldiyinə universitetlər qərar verir.

Hochschulkompass.de platformasının məlumatına görə, 2014-2015 qış semestrində Almaniyada 7689 magistr proqramından 5409 –u "ardıcıldır". Bu proqramlar üzrə təhsil (həm alman, həm ingilis dilli) çox hallarda pulsuzdur. Çünki onlar təhsilin bakalavrlıqdan həmən sonra olan məntiqi davamıdır.

“Qeyri-ardıcıl” proqramlar

“Qeyri-ardıcıl” proqramlar konkret bakalavr ixtisasıyla əlaqəli deyil. Bu imkan bakalavr diplomu əldə etdikdən sonra əmək bazarında imkanlarını yaxşılaşdırmaq üçün başqa sahədə də bilik almaq istəyənlər üçündür. Bu proqramlar yeni seçilmiş sahə üzrə köklü biliklərin olmasını tələb etmir. Proqramlar elə təşkil olunub ki, təhsil “ardıcıl” proqramda olduğundan geri qalmır.

İki il əvvəl belə proqramlar Almaniyada bütün magistr proqramlarının heç 10 faizini də təşkil etmirdi. 2010-cu ildə təhsilin yenidən strukturlaşması nəticəsində magistraturanın “ardıcıl” və “qeyri-ardıcıl” məhdudiyyətlərindən imtina edildi.

“Qeyri-ardıcıl” proqram artıq bəzi “ardıcıl” proqramlarda da saxlanılıb.

Məsələn, Münhenin Lyudviq və Maksimillian Universitetində “İctimai səhiyyə”ni (Public Health) tibb, əczaçılıq, psixologiya, idman fakültəsinin məzunlarıyla yanaşı təbii elmlər, sosiologiya, statistika, iqtisadiyyat, hüquqşünaslıq və humanitar fakultələrin məzunları da öyrənə bilərlər. Ancaq onların hamısı riyaziyyat və statistika üzrə baza bilikləri yoxlanılan giriş testlərindən keçməlidirlər.

Köhnə formatlı "nicht-konsekutiv" proqramı üzrə təhsil adətən pulsuzdur.

Diplomsonrası proqramlar

Berlin Azad Universitetinin kitabxanası
Berlin Azad Universitetinin kitabxanası

“Qeyri-ardıcıl” proqramlarla bağlı qarışıqlıq da yarana bilər: bəzi ali təhsil müəssisələri onları diplomsonrası proqramlara bərabər tutaraq təhsil haqqı alır. Məsələn, Heydelberq Universitetinin siyahısında amerkanistikadan (semestrə 2500 avro) səhiyyənin iqtisadiyyatına (semestrə 6000 avro) qədər 10 "nicht-konsekutiv" proqram var.

Diplomsonrası proqramlar (onlar 800-dən bir az çoxdur) əsasən iş təcrübəsi (ən azı 1 il) tələb edir və pulludur. Beləcə, Berlin Azad Universitetində sizdən “tətbiqi ədəbiyyatşünaslıq” kursu üçün semestrə 500 avro alacaqlar. “İctimai səhiyyə” ixtisası burada semestrə 1200 avrodur.

İstehsalatdan ayrılmamaqla

Çox vaxt diplomsonrası təhsil üzrə proqramlar istehsalatdan ayrılmamaqla aparılır (berufsbegleitend).

Belə proqramların təhsil haqqı da əsaslı fərqlənir. Məsələn, Erlanqen-Nürnberq Universitetində iki illik “Multimedia didaktikası” proqramı 5000 avro olduğu halda, 18 aylıq "Marketing Management" magistratura kursu 11250 avrodur. Hamburq ali tətbiqi elmlər məktəbi “Bərpa olunan energetika” proqramı üzrə 4,5 semestr davam edən təhsil üçün 14 min avro alacaq. Ancaq burda “Nextmedia” kursu pulsuzdur.

MBA proqramı və distant təhsil proqramı da bu qəbildən olan keteqoriyaya aid edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG