Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:45

Ukraynada tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır


Ukrayna ordusunun tankları Debaltsevoya gedir
Ukrayna ordusunun tankları Debaltsevoya gedir

Ukraynanın şərqində atəşkəs elan olunandan sonra separatçılar hökumət ordusuna 10 dəfə atəş açıb. Ukraynanın baş qərargahından verilən məlumata görə, atəş sistemsiz şəkildə atılıb, Ukrayna ordusunda itki yoxdur.

Separatçılar isə atəşkəsin Ukrayna ordusu tərəfindən pozulduğunu iddia edir. Özünü xalq respublikası elan etmiş Donetskin rəsmi nümayəndəsi Eduard Basurin deyib ki, hərbi əməliyyat Debaltsevo şəhərində qeydə alınıb. Kiyev bununla bağlı hər hansı açıqlama verməyib.

Donbasda atəşkəs ilə bağlı razılaşma fevralın 15-ə keçən gecə qüvvəyə minib. Uktayna prezidenti Petro Poroshenko deyib ki, münaqişə zonasında sülhə əməl olunmazsa, bütün ölkədə hərbi vəziyyət elan edilə bilər.

XS
SM
MD
LG