Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

Berlin Kinofestivalının baş mükafatını azərbaycanlı rejissor qazandı


Pamahi "Taksi" filmində baş rolda

Pamahi "Taksi" filmində baş rolda

-

Berlin Film Festivalının baş mükafatını - "Qızıl ayı"nı "Taksi" filmi ilə İran rejissoru Jafar Panahi qazandı.

İran dövlətinə qarşı təbliğatda ittiham edilmiş və rejissorluğuna qadağa qoyulmuş Panahi İran ərazisini tərk edə bilməz.

Buna görə də mükafat onun qızına təqdim edilib. Balaca Hana Saeidi kövrəlib və "Heç nə deyə bilməyəcəm. Çox duyğulanmışam" söyləyərək mükafatı alıb.

Rejissorluğuna qoyulmuş qadağaya əhəmiyyət vermədən filmi çəkmiş Panahi baş rolu - taksi sürücüsünü özü oynayıb.

Taksiyə minən insanlarla söhbət tamaşaçıya İran cəmiyyətinin ab-havasını hiss etdirir.

J.Panahi 1960-cı ildə İranın Şərqi Azərbaycan vilayətinin Miyanə şəhərində doğulub. Milliyyətcə azərbaycanlıdır.

Bundan əvvəl onun çəkdiyi "Ağ şar" filmi Kann Festivalının, "Güzgü" filmi Lokarno Festivalının, "Dairə" filomi Venesiya Festivalının mükafatlarını qazanıb.

2006-cı ildə isə onun "Ofsayd" filmi Berlin Kinofestivalında "Gümüş ayı" (ən yaxşı rejissor üçün) mükafatına layiq görülmüşdü.

Amma belə məlum olub ki, builki seçimlər heç də asan olmayıb.

Festivalın Münsiflər Heyətinin rəhbəri Darren Aronofsky mərasimin əvvəlində elan edib ki, bu il mükafata layiq filmlər o qədər çox olub ki, jüri üzvləri seçimdə çətinlik çəkiblər.

Buna görə də qərara alınıb ki, bəzi nominasiyalarda bir yox, iki qalib olsun.

Aronofsky həm də xahiş edib ki, bütün jüri üzvləri mükafatlar təqdim olunarkən səhnədə qalsınlar. Bununla da mükafatların ümumi razılıq əsasında verildiyi təəssüratı yaransın.

Rejissorluğa görə "Gümüş ayı" mükafatı isə rumın rejissoru Radu Jude (“Aferim!” filminə görə) və polyak rejissoru Malgorzata Szumowska (“Bədən” filminə görə) arasında bölünüb.

Hana Saeidi atasının "Qızıl ayı"sı ilə

Hana Saeidi atasının "Qızıl ayı"sı ilə

Münsiflər heyətinin rəhbəri Darren Aronofsky və Jafar Panahinin qızı Hana Saeidi (atasının "Qızıl ayı"sı ilə)

Münsiflər heyətinin rəhbəri Darren Aronofsky və Jafar Panahinin qızı Hana Saeidi (atasının "Qızıl ayı"sı ilə)

Hana Saeidi atasının "Qızıl ayı"sı ilə

Hana Saeidi atasının "Qızıl ayı"sı ilə

"Taksi" filmindən kadr

"Taksi" filmindən kadr

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG