Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Ukrayna yolayırıcında: hərb və ya sülh

Dekabrın 15-də Minsk razılaşmasına əsasən Ukrayna ordusu ilə Donetsk və Luqansk separatçıları arasında döyüşlər dayanmalıdır. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?



Minsk razılaşmasına əsasən dekabrın 15-də Ukrayna ordusu ilə

Donetsk və Luqansk separatçıları atəşi dayandırmalı və qoşunları cəbhə xəttindən geri çəkməli idirlər. Atəşkəs yenicə qüvvəyə minib, bəs atəş dayanıbmı?

Minsk razılaşmasından dərhal sonra tərəflər ziddiyyətli bəyanatlar verdiklərindən, real atəşkəsə nikbin baxanlar elə də çox deyil.

Prezident Poroshenko bəyan edib ki, silahlar susmasa Ukrayna bütün ölkədə hərbi vəziyyət elan edəcək.

Dekabrın 15-ində Donbassdan gələn xəbərlərin Ukrayna, Rusiya, Avropa və bütün dünya üçün tarixi əhəmiyyəti var.

Sən necə fikirləşirsən, Ukraynada hadisələrin necə inkişaf edəcək? Facebook-da müzakirələrə qoşul. Və ya fikirlərini bloqun sonundakı şərh hissəsinə yaz.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

18:21 15.2.2015
Ukrayna əsgərləri Debaltsevoda

Ukrayna əsgərləri Debaltsevoda

Ukrayna ordusu separatçıları təxribatda günahlandırır

"Əgər separatçılar da eyni addımı atarlarsa, Ukrayna ordusu Donbasdan ağır hərbi texnikanı çıxarmağa hazırdır". Ukrayna ordusunun sözçüsü Andrey Lysenko belə deyib. Lysenko onu da bildirib ki, Donbasda vəziyyət “ümumi götürəndə” sabitləşməkdədir.

Ukraynanın baş qərargahından verilən məlumata görə, kütləvi hərbi əməliyyatların yenidən başlanması və əraziyə Ukrayna ordusunun yeridilməsinə hələ ki zəmin yaranmayıb. O da qeyd olunub ki, bu gecə separatçılar tərəfindən açılan atəş “provakasiya” xarakteri daşıyır, hərbçilər arasında itki yoxdur.

Fevralın 15-də daha çox atışma Debaltsevo şəhərində qeydə alınıb. Özünü xalq respublikası elan etmiş Donetskin müdafiə naziri Eduard Basurin elan edib ki, barışığa baxmayaraq, separatçılar “Debaltsevonu atəşə tuta bilərlər, çünki bura onların ərazisidir”. Basurinin dediyinə görə, digər şəhərlərdə atəşkəsə əməl olunmaqdadır.

17:20 15.2.2015

Ukrayna cəbhədən çıxarılan silahlara yer hazırlayıb

Ukrayna antiterror əməliyyatı təmsilçisi Andrei Lysenko deyir ki, Ukrayna tərəfi cəbhə bölgəsindən çıxarılacaq ağır silahlar üçün xüsusi meydançalar hazırlayıb və vurğulayıb ki, eyni işi görməyə boyun olan qarşı tərəfdə belə hazırlıq müşahidə olunmur. Fevralın 17-dən gec olmayaraq tərəflər ağır artilleriyanın qarşıdurma xəttindən uzaqlaşdırmalı, bu işi 2 həftəyə başa çatdırmalıdırlar. U

17:12 15.2.2015
17:09 15.2.2015

Ukrayna silahlı qüvvələrinə cavab atəşi icazəsi

Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi Viktor Muzhenko Donbassdakı ordu hissələrinə cavab atəşi açmağa icazə verib. Yaraqlıların hücuma keçmək və ya yaşayış binalarını atəşə tutduğu təqdirdə cavab verilməsinə yaşıl işıq yandırılır.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG