Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

-

Livanın keçmiş baş naziri Rafik Hariri-nin ölümündən 10 il keçir. Sünni müsəlman Hariri-nin ölümündən sonra ölkədə siyasi çaxnaşma başlandı. O, 2005-ci il fevralın 14-də Beyrutda minalanmış maşının partladılması nəticəsində həlak olub. Həmin hadisədə Hariri də daxil olmaqla 23 nəfər ölüb.

Bundan sonra ölkədə sünni-şiə qarşıdurması daha da gücləndi və bu Suriya ordusunun Livandan çıxması ilə nəticələndi.

Hakim dairələr hesab edir ki, bunun arxasında şiə qrupu Hizbullah durur. Hizbullah ittihamı rədd edir.

Livan siyasətçiləri, Hariri-nin ailə üzvləri, tərəfdarları Beyrutdakı məqbərəsi başına toplaşıb. Keçmiş baş nazirin şəkli küçələrdə asılıb.

Oğlu Saad Hariri ötən gecə qəflətən Livana gəlib. O da Livanın keçmiş baş naziri olub. Ölkəni 2011-ci ildə tərk edib. Hökumətini Hizbullah-ın daxil olduğu koalisiya devirib. Hariri hazırda Səudiyyə Ərəbistanı və Fransa qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG