Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:59

«Sehrbazlar dərəsi» romanı ABŞ-da çıxıb


«Sehrbazlar dərəsi»
«Sehrbazlar dərəsi»

-

Kamal Abdullanın «Sehrbazlar dərəsi» əsəri ABŞ-ın «Strategic Book Publishing and Rights Co» nəşriyyatında ingilis dilində nəşr edilib.

Bakışəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, romanı ingilis dilinə Anne Thompson çevirib.

Romana «Ön söz»də bildirilir ki, müasir Azərbaycan müəllifi Kamal Abdullanın Qərb oxucularının diqqətinə yetirilən «Sehrbazlar dərəsi» romanı orta əsrlərdə və sonrakı dövrdə İslam mədəniyyətinin mühüm komponentlərindən sayılan sufiliyin təsiri ilə yaranmış təxəyyülün məhsuludur.

Daha öncə müəllifin digər məşhur əsəri – «Yarımçıq əlyazma» romanı da Anne Thompson-un tərcüməsindəeyni nəşriyyatda çap edilib.

Sözügedən əsərlər Kamal Abdullanın roman-trilogiyasının ilk iki cildidir. Üçüncü cilddə «Unutmağa kimsə yox» romanı əksini tapıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG