Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:33

Atəşkəsə bir neçə saat qalır, Ukraynada döyüşlər qızışıb


Debaltseve yaxınlığı
Debaltseve yaxınlığı

-

Ukraynanın şərqində şiddətli döyüşlər gedir. Rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında atəşkəsin qüvvəyə minməsinə isə bir neçə saat qalır. Yaraqlıların bir neçə şəhərdə Ukrayna qüvvələrinə hücumları artırması sülh sazişinə ümidi azaldıb.

Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin fevralın 12-də Minskdə əldə etdiyi razılaşma fevralın 14-də gecə saat 10-da (GMT) qüvvəyə minir.

Ukrayna ordusu son 24 saatda 120 hücum qeydə alındığını bildirir. Ordunun sözçüsü Andriy Lysenko deyib ki, son 24 saatda yeddi hərbçi ölüb, 23 nəfər yaralanıb.

Hökumət qüvvələrinin nəzarətində olan Debaltseve intensiv bombardman olunur. Mariupol liman şəhəri artilleriya atəşinə tutulub.

XS
SM
MD
LG