Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

Keçmiş müsavatçının oğlu saxlanılıb


Foto: Arxiv
Foto: Arxiv

-

Sabiq müsavatçı Əlövsət Sadıqlı və onun oğlu saxlanılıb.

Yazı yenilənir. Ən son məlumat mətnin əvvəlindədir.

Musavat.com-un verdiyi son məlumata görə, Əlövsət Sadıqlı bəraət alaraq, azadlığa buraxılıb.

Lakin onun oğlu Elgiz Sadıqovun məhkəmə prosesi davam etdirilir.

***

Daxili İşlər Nazirliyi Müsavat Partiyasının sabiq üzvü Əlövsət Sadıqlının oğlu Elgiz Sadıqovun üstündən 5.32 qram, maşınından isə 1 kiloqram 505 qram marixuana götürüldüyünü bildirib.

DİN-in məlumatında deyilir ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib və Bakı şəhər sakini Elgiz Sadıqovdan 5.32 qram marixuana götürülüb:

«Ona məxsus «Mercedes» markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb».

Əlövsət Sadıqlının özü də saxlanıb. Musavat.com yazır ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir. İttiham təsdiqlənsə, onun barəsində ya inzibati cəza, ya da həbs qətimkan tədbiri seçilə bilər.

Sadıqlılar hesab edirlər ki, onlara qarşı bu addımların səbəbi ailənin Almaniyada yaşayan böyük oğlu Tural Sadıqlının siyasi fəaliyyətidir.

XS
SM
MD
LG