Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:05

Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb


Xədicə İsmayılova
Xədicə İsmayılova

Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb.

Bu barədə Turan-a onun vəkili Fariz Namazlı məlumat verib.

Onun sözlərinə görə, jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri lə yeni ittihamlar irəli sürülüb.

Vəkil deyir ki, ttihamlar “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar 2015-ci il tarixli vergi aktı əsasında irəli sürülüb.

Vəkil bildirib ki, Xədicə İsmayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib.

Bu ittihamlara görə, onu 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl başqasını özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə dekabrın 5-də həbs edilib.

O ittihamı rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Rəsmilər isə onun konkret şikayət əsasında həbs olunduğunu deyirlər.

XS
SM
MD
LG