Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:40

Ermənistanın İvanshvilisi Sargysiana meydan oxuyur


2011-ci il. Sargysian və Tsarukyanın münasibətləri hələ ki, istidir.
2011-ci il. Sargysian və Tsarukyanın münasibətləri hələ ki, istidir.

-

Ermənistanda siyasi böhran başlanır. Ermənistan prezidenti Serzh Sargysian müxalifətin “Çiçəklənən Ermənistan” partiyasının sədri Gagik Tsarukyanı Milli Təhlükəsizlik Şurasından çıxarıb.

Qərar Tsarukyanın şuranın iclaslarında mütəmadi olaraq iştirak etməməsi ilə əsaslandırılıb.

Sargysian hakim Respublika partiyasının toplantısında bildirib ki, “bu, kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”.

Ermənstan prezidenti Tsarukyanı “şər” və “yalançı siyasi hal” adlandırıb, deyib ki, onun maddi vəziyyəti siyasi proseslərə təsir etmək imkanı versə də, siyasətlə məşğul olmaq üçün intellektual imkanları məhduddur və əlavə edib ki, onun Avropa Şurasında Azərbaycan və Türkiyə deputatlarının suallarına necə cavab verəcəyini təsəvvürünə belə gətirmir.

Sargysianın sözlərinə görə, parlamentin 2013-2014-cü illərdə keçirilmiş 145 iclasından Tsarukyan yalnız 4-də iştirak edib. Prezident həmçinin baş nazirə Tsarukyanın vergidən yayınması barədə şayiələri yoxlamaq əmrini verib.

Gagik Tsarukyan Ermənistanın ən varlı adamıdır. O, milyarderdir. Tsarukyan əvvəllər qol güləşdirmə çempionudur və keçmiş prezident Kochrianla yaxındır.

Ötən həftə ictimai qüvvələrin konfransında hakimiyyəti kəskin tənqid etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG