Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

ATƏT Ukrayna-Rusiya sərhəddinə nəzarət etməyə hazır olduğunu deyir


Sergei Lavrov və Lamberto Zannier

Sergei Lavrov və Lamberto Zannier

ATƏT Ukrayna-Rusiya sərhəddinə nəzarət etməyə hazır olduğunu bəyan edib.

Bunu təşkilatın baş katibi Lamberto Zannier fevralın 13-də Kiyevdə keçirdiyi brifinqdə deyib.

Amma o qeyd edib ki, bunun üçün mandat və təhlükəsizliyə təminat olmalıdır.

Zannier bildirib ki, təşkilatın hazırda Ukraynada kiçik bir şöbəsi var və onların yalnız sərhəddin konkret bir neçə yerində müşahidə aparmaq haqqı var.

O həmçinin qeyd edib ki, fevralın 12-də Minsk sammitində əldə edilmiş razılaşmada sərhəddin monitorinqi nəzərdə tutulmur.

Rusiyanın ATƏT-ki elçisi Andrei Kelin isə bu arada Rusiya televiziyasına müsahibəsində deyib ki, Ukraynanın şərqindəki müşahidəçilərin sayı fevralın 14-də 230-dan 350-yə qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG