Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:02

Lamiyə Quliyevanın azadlığa buraxılması ilə bağlı vəsatət rədd edildi


Lamiyə Quliyeva

Lamiyə Quliyeva

-

Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində məhkum Lamiyə Quliyevanın barəsindəki ikinci cinayət işiylə bağlı Baş Prokurorluğun verdiyi protestə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna deyib ki, o, Lamiyə Quliyevanın haqqındakı həbs qətimkan tədbirinin ləğvi və azadlığa buraxılması ilə bağlı vəsatət qaldırıb:

«Artıq bir neçə aydır anadır, məhkəməyə də körpəsiylə gəlmişdi. İkinci ittiham isə hüquqi baxımdan əsassızdır. Ona görə Lamiyə Quliyevanı həbsdə saxlamağa gərək yoxdur. Amma vəsatətə təmin olunmadı. Bir də mən onun haqqında bəraət hökmünün çıxarılması haqda vəsatət qaldırdım. Hakim bildirdi ki, işə baxıldıqdan sonra qiymət veriləcək».

Vəkilin dediyinə görə, Lamiyə Quliyeva da azadlığa buraxılmasını istəyib:

«Lamiyə dedi ki, cinayəti yetkinlik yaşına çatmamış törədib. Artıq həbsxanada yaşamaqdan bezib, yorulub. Ona görə də azadlığa çıxmaq istəyir».

Məhkəmə fevralın 20-də davam edəcək.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. O, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib, 10 il azadlıqdan məhrum edilib. Bu qətldə təqsirli bilinən keçmiş nişanlısı ömürlük cəza alıb.

2010-cu ildə Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Buna görə o, 5 il 6 ay azadlıqdan məhrum olunub.

Fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsindəki ikinci cinayət işinə görə protest verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG