Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:38

ATƏT Ukraynada hərbi əməliyyatların davam eləməsindən narahatdır


Lamberto Zannier
Lamberto Zannier

ATƏT-in baş katibi Lamberto Zannier fevralın 13-də Kiyevdə keçirdiyi brifinqdə təşkilatın Ukrayna böhranında rolundan danışıb.

O bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həllinə çalışmalıdır.

“Bizə effektli atəşkəs lazımdır.

Bu səhər hərbi əməliyyatların davam eləməsi məni artıq narahat edir.

Biz hərbi əməliyyatların Minskdə təyin edilmiş vaxtadək dayandırılmasını gözləyirik və bunun artıq indilərdən səngiyəcəyinə ümidlə yanaşırıq”.

Zannier Minsk razılaşmasını indi ən yaxşı imkan adlandırıb, qeyd edib ki, hər şeyi araşdırmalı və prosesi işə salmalıyıq.

XS
SM
MD
LG