Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

Kreml deyir ki,ukraynalı pilot Savchenko Rusiyada mühakimə olunacaq


Nadia Savchenko

Nadia Savchenko

Kreml deyir ki, Minsk sammitində ukraynalı pilot Nadia Savchenkonun taleyi ilə bağlı elə bir vəd verilməyib.

Prezidentin mətbuat katibi Dmitry Peskov fevralın 13-də bildirib ki, Savchenko ilə bağlı Rusiya məhkəməsi qərar çıxaracaq.

O qeyd edib ki, Ukrayna prezidenti Petro Poroshenko fevralın 12-də Minsk sammitində Savchenkonun buraxılmasını istəyib.

Ukraynalı pilot 6 aydan çoxdur ki, Rusiyada həbsdədir.

O Ukraynada 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda şübhəli bilinir.

Savchenko 9 həftədir ki, aclıq edir.

Poroshenko Minsk sammitindən sonra onun azad edilməsi barədə razılaşma olduğunu bəyan eləmişdi.

Peskov deyir ki, Savchenkonun azad edilməsini Fransa prezidenti Francois Hollande ilə Almaniyanın kansleri Angela Merkel də xahiş edib.

Qeyd edək ki, Minsk sammitində bütün əsirlərin dəyişdirilməsi barədə razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG