Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

Parlamentdə bəzi dövlət qurumlarının birləşdirilməsi təklif edildi


Milli Məclis

Milli Məclis

-

Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Yazı yenilənib. Ən son xəbərlər mətnin əvvəlindədir.

DÖVLƏT QURUMLARININ SAYI AZALDILSIN

Deputat Zahid Oruc bir sıra dövlət qurumlarının ləğv olunmasını təklif edib.

Trend-in məlumatına görə, deputat «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin isə İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi təklif edib.

Zahid Orucun fikrincə, bu, o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv ediləcək:

«Onlar öz ixtisaslarına görə işlə təmin ediləcək, digər qurumlarda yerləşdiriləcəklər və bununla bağlı qaydalar da mövcuddur».

Ötən həftə prezident Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi haqda qərar verib. Bununla da qurumun səlahiyyətləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Prezident «Bakıelektrikşəbəkə»nin ləğvi və onun yerində bütün ölkədə enerjinin paylanması ilə məşğul olacaq «Azərİşıq»ın yaradılması haqda da sərəncam verib.

İQBAL AĞAZADƏDƏN MƏDƏT QULİYEVƏ XƏBƏRDARLIQ

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisdə hüquq müdafiəçisi İntiqam Əliyev haqqında danışıb. Məhkəmənin onun haqqında həbs-qətimkan tədbiri seçməsini «subyektiv seçim» adlandırıb.

Deputat hesab edir ki, məhkəmənin qərarı ev dustaqlığına buraxılmaqla əvəzlənməlidir: «Cənab sədr, sizdən də xahişim budur ki, parlament səviyyəsində bu məsələni qaldırasınız».

İqbal Ağazadə Mili Məclisin bundan əvvəlki iclasında Penitensiar Xidmət haqqında tənqidi fikirlər səsləndirdiyini xatırladıb. Deputatın dediyinə görə, bu çıxışdan sonra bəzi millət vəkilləri və Penitensiar Xidmət onun mövqeyinə aşağılayıcı şəkildə yanaşıb:

«Penitensiar Xidmətin rəisi Mədət Quliyev mənim mövqeyimi aşağılayan açıqlama verdi. Buradan xəbərdarlıq edirəm ki, aşağılayıcı fikirlərə son qoyulsun. Əks halda, mən bu barədə ikinci dəfə çıxış etməli olacağam», - deyə İqbal Ağazadə vurğulayıb.

Deputat ötən iclasda qətldə günahkar bilinən və cəzasını çəkdikdən sonra ikinci dəfə məhkum olunan, həbsxanada övlad doğan Lamiyə Quliyevadan danışmışdı. O, məhkum qadının həbsxanada nikahdankənar hamilə qalmasını Penitensiar Xidmət haqqında qanunun tələblərinin pozulması kimi qiymətləndirmişdi:

«Qanunvericiliyə görə, Lamiyə Quliyevanın nikahdan kənar heç kimlə görüşmək imkanı yoxdur... Ən dəhşətli fakt odur ki, bu gün həbsxanada həmin qadına ərizə yazdırırlar ki, o, öz xoşuna kiminləsə yaxın münasibətdə olub. Buna necə nəzarət olunub?.. Bu adamlar cəzalanmalıdır. Ora dövlətin nəzarətində olan bir yerdir».​

OQTAY ƏSƏDOVDAN ATMACA...

Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Qafqazinfo xəbər verir ki, deputat Siyavuş Novruzov Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun partiyalarla fevralın 12-də keçirilən görüşündən danışıb.

Deputat deyib ki, bu görüş ictimaiyyət tərəfindən də yaxşı qarşılanıb:

«Görüşdə həm siyasi sistemin formalaşması, həm qanunvericiliyə dəyişikliklər edilməsi, həm də ölkənin taleyüklü məsələlərinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Bu görüşlərin mütəmadi keçirilməsi ölkədə hər bir işin şəffaf şəkildə həll edilməsinin bariz nümunəsidir. Bundan sonra dövlət həyatında baş verən hadisələrdə siyasi partiyalar öz təkliflərini verə biləcək».

Siyavuş Novruzov bu görüşə qatılmayan partiyalar haqqında da danışıb, amma ad çəkməyib:

«Təəssüflər olsun ki, legitimliyi olmayan, ayrı-ayrı qüvvələrə xidmət edənlər və onların maraqlarını həyata keçirənlər öz mətbuatlarında bu görüşün üzərinə kölgə salmaq istəyirlər. Amma başqa vaxt ATƏT-in tədbirlərində canfəşanlıq göstərirlər. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilir. Görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Özlərini prosesdən ayrı salırlarsa, deməli, xalqdan deyillər».

Digər deputat, BAXCP sədri Qüdrət Həsənquliyev də görüşün əhəmiyyətindən danışaraq tədbirə qatılmayanları yenidən öz yanlış mövqelərinə baxmağa və korrektələr etməyə çağırıb. O bildirib ki, həmin qurumlar nə qədər çalışsalar da, bu tədbirin üzərinə kölgə sala bilməyəcəklər.

Spiker Oqtay Əsədov isə deputatların fikirlərinə belə reaksiya verib:

«Qüdrət müəllim siz də, Siyavuş Novruzov da bayaqdan «kölgə altında» sözünü işlədirsiniz. Bu qüvvələr neçə vaxtdır ki, dialoq deyirdilər. Ancaq həmin tədbirə qatılmadılar. Bu onu göstərir ki, onlar kölgə altında yox, kök altındadırlar».

Fevralın 12-də keçirilən görüşə gəlməyənlər arasında AXCP və Müsavat da olub. Müsavat bunu tədbirdə müzakirə mövzusunun əvvəlcədən bəlli olmaması ilə izah edib.​

Günün bütün mövzuları

XS
SM
MD
LG