Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:58

Milli Məclisin qarşısında «sığorta aksiyası»


Parlament qarşısında aksiya - 13 fevral 2015
Parlament qarşısında aksiya - 13 fevral 2015

-

Fevralın 13-də 100-dək Qarabağ veteranı və şəhid ailələrinin üzvləri Milli Məclisin qarşısına toplaşıb. Onlar 23 ildir sığorta pulunu ala bilmədiklərini deyirlər. Belə ki, aksiyaçıların dediyinə görə, 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlar zamanı həlak olan şəxslərin ailə üzvləri dövlət icbari sığorta pulunu ala bilmirlər.

Etirazçılardan bəziləri AzadlıqRadiosuna artıq 10-cu dəfədir buraya gəldiyini, ancaq problemin həllini tapmadığını deyib. Onlar Ağdam və Gəncədən bəzi şikayətçilərin maşınlarının Qaradağda saxlanıb geri qaytarıldığını iddia ediblər.

Parlamentin sosial siyasət komitəsindən Hadı RəcəbliMusa Quliyev etirazçıların qarşısına çıxıb, onlarla bu tərkibdə söhbətin mümkün olmadığını, yalnız 3-4 nəfərlə danışa biləcəklərini söyləyiblər.

Şikayətçilərdən bir qrupu deputatların qəbulunda olub.

Həmin etirazçılar parlament qarşısında bir neçə dəfə oxşar aksiya keçiriblər.

XS
SM
MD
LG