Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:29

Məhbus nazirin atası ölüb


Nicat Quliyev
Nicat Quliyev

-

Həbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin atası 84 yaşlı Əmir Quliyev vəfat edib.

Turan-ın məlumatına görə, Əmir Quliyev ağır xəstə olub və həyatının son günlərini stasionar müalicədə keçirib.

Nicat Quliyevin vəkilinin müraciətinə baxmayaraq, Penitensiar Xidmətin rəhbərliyi məhkumun ölüm ayağında olan atası ilə vidalaşmasına imkan verməyib.

Müdafiə tərəfi ümid edir ki, ona atasının dəfn mərasimində iştirakına icazə veriləcək.

Nicat Quliyev 2013-cü ilin avqustunda üç il müddətinə həbs olunub. O, qanunsuz odlu silah gəzdirməkdə ittiham olunur. N.Quliyev ona qarşı irəli sürülən ittihamları rədd edir. Müşahidəçilərin fikrincə, onun həbsinin əsl səbəbi 2013-cü il prezident seçkisi ərəfəsində müxalifətin namizədi Rüstəm İbrahimbəyovun məsləhətçisi olmasıdır.​

XS
SM
MD
LG